“Chevron” rəhbəri: “Körfəz müharibəsindən sonra neft və qaza tələbat artacaq”

Dünya

06.10.2026 - 18:58

"ABŞ-ın bəzi bölgələrində qiymətlər üzərində müəyyən yüksəliş təzyiqi ola bilər”

“Körfəz müharibəsi başa çatdıqdan sonra neft və qaza tələbat artmağa davam edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri “Chevron Corp”un baş icraçı direktoru Mayk Virt Londonda illik Enerji Kəşfiyyat Forumu konfransında deyib.

Menecer hesab edir ki, ABŞ-dan dizel yanacağının ixracına qoyulan qadağa ölkənin müəyyən bölgələrində qiymətlərin bahalaşmasına və digər ölkələrlə münasibətlərin korlanmasına səbəb ola bilər.

"ABŞ-ın bəzi bölgələrində qiymətlər üzərində müəyyən yüksəliş təzyiqi ola bilər. Və düşünürəm ki, belə bir qadağa, xüsusən də Birləşmiş Ştatların ehtiyac anlarında etibarlı təchizatçısı olduğu müttəfiqlərimizə çox pis mesaj göndərəcək", - deyə vurğulayıb

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən həftənin sonunda dizel ixracına müvəqqəti qadağa tətbiq etmək fikrindən vaz keçdiyini bildirib. Bundan əvvəl o, Avropa ölkələrinin yanacağın qiymətini aşağı salmaq üçün strateji ehtiyatlarından külli miqdarda dizel yanacağı və neft buraxmağa razılaşdıqlarını bildirib.

Virtin fikrincə, “Chevron” texnoloji tərəqqi fonunda istifadə edilən qazma qurğularının sayını minimuma endirə bilib və həmçinin İraqdan Aralıq dənizi sahillərinə neft kəməri çəkmək üçün konsorsiuma daxil ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş