Ceyranbatanda məktəbdə şagirdlər rotavirusa yoluxub – RƏSMİ

Hadisə

29.10.2026 - 22:35

Qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

AYNA.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edək ki, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş