“Əks halda Moskvanın kütləvi eskalasiyası ilə üzləşəcək”
Ukraynanın Rusiya ilə münaqişəyə son qoymaq üçün iki ayı var. Əks halda Moskvanın kütləvi eskalasiyası ilə üzləşəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel “Telegraph”a verdiyi müsahibədə deyib.
"Ukraynanın müharibəyə son qoymaq üçün iki ayı var, əks halda böyük eskalasiya ilə üzləşəcək. Düşünürəm ki, təzyiqi artırmağa davam etmək və Rusiyaya danışıqlara hazır olduğumuz barədə açıq bir siqnal göndərmək imkanımız var", - deyə o bildirib.
Siyasətçinin sözlərinə görə, Qərb liderləri Rusiyaya "güclü təzyiq" göstərməli, Ukraynaya "uğurlu müdafiə üçün lazım olan hər şeyi" təmin etməli və eyni zamanda, Rusiyanı "danışıqlara" razı salmaq üçün "bütün diplomatik bacarıqlardan istifadə etməlidirlər".