CENTCOM İranın “Remus 600”ü ələ keçirməsi iddialarını təkzib edib

Dünya

28.09.2026 - 09:07

"Bütün əməliyyat pilotsuz uçuş aparatlarımız üzərində etibarlı nəzarətimiz var"

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında ABŞ-ın sualtı pilotsuz təyyarəsini ələ keçirdiyinə dair iddiasını təkzib edib. AYNA.AZ xəbər verir ki, bu barədə CENTCOM-un sözçüsü, kapitan Tim Hokins Qətərin "Əl-Cəzirə" televiziya kanalına bildirib.

O İran tərəfinin iddialarını "ümidsizliyin açıq təzahürü" adlandıraraq, "bütün əməliyyat pilotsuz uçuş aparatlarımız üzərində etibarlı nəzarətimiz var" deyə vurğulayıb.

Qeyd edək ki, SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında keçirilən əməliyyat zamanı ABŞ-ın “Remus 600” muxtar sualtı nəqliyyat vasitəsini ələ keçirdiyini iddia etmişdi. İran Silahlı Qüvvələrinin elit bölmələrinin açıqlamasında qeyd olunub ki, “Remus 600” ələ keçirilib və mütəxəssislər tərəfindən məlumat toplamaq üçün istifadə edilir. SEPAH-ın bəyanatına görə, bu, İran ordusu tərəfindən ələ keçirilən ikinci belə ABŞ nəqliyyat vasitəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş