CENTCOM İranda toy mərasiminə endirilən zərbədə ABŞ-ın iştirakını araşdırır

Dünya

04.09.2026 - 14:21

Mülki şəxslərin ölümünün Amerika zərbəsinin nəticəsi olub-olmadığını müəyyən etmək üçün dronlardan götürülmüş görüntüləri araşdırılır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda toy mərasiminə endirilən və beş nəfərin ölümünə səbəb olan hava hücumu ilə bağlı araşdırmasını tezliklə başa çatdıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

CENTCOM-un məlumatına görə, ərazidəki zərbə rabitə qülləsini hədəfə alıb. Hərbçilər mülki şəxslərin ölümünün əslində Amerika zərbəsinin nəticəsi olub-olmadığını müəyyən etmək üçün atəş istiqaməti verən dronlardan götürülmüş görüntüləri araşdırırlar.

Daha əvvəl ABŞ vitse-prezidenti Cey.Di.Vens ABŞ-ın hadisə ilə bağlı hərtərəfli araşdırma aparacağını bildirmişdi.

Qeyd edək ki, sentyabrın 2-də “Fars” xəbər agentliyi Qızıl Aypara nümayəndəsinə istinadən ABŞ-ın İranın Sirik şəhərindəki toy məkanına endirdiyi zərbə nəticəsində ən azı 68 nəfərin yaralandığını, o cümlədən beş nəfərin öldüyünü yazıb. Xəbərlərə görə, ölənlər arasında uşaqlar var və yaralılar Sirik və Minabdakı xəstəxanalara aparılıb.

Bundan əvvəl CENTCOM İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini bildirmişdi. “Press” TV-nin məlumatına görə, partlayışlar ölkənin cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş