Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün imtahan keçirilib

Xəbərlər

06.09.2026 - 17:25

İmtahan nəticələri 5 gün ərzində elan olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.

DİM-dən AYNA.AZ-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.

İmtahanda 388 şagirdin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş