Bu ölkə mayın 14-dən sərhədlərini açır

Dünya

05.05.2020 - 06:28

Kütləvi tədbirlərə 50 nəfərdən artıq şəxsin qatılmasına icazə verilməyəcək

 

Finlandiya hökuməti mayın 14-dən etibarən sərhədlərini açacaq.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Nazirlər Kabineti məlumat yayıb. İyunun 1-dən etibarən isə idman tədbirlərinə icazə veriləcək. Bundan başqa, bir sıra mədəniyyət müsəssiələri, reabilitasiya mərkəzləri fəaliyyətini bərpa edəcək.

 

Kütləvi tədbirlərə 50 nəfərdən artıq şəxsin qatılmasına icazə verilməyəcək. 500 nəfərdən artıq insanın toplaşa biləcəyi kütləvi tədbirlər isə iyulun 31-dək qadağandır.

Müəllif: Ayna.az