Bu gün Ermənistandakı Avropa missiyanın mandatının uzadılması ilə bağlı qərar veriləcək

Dünya

29.01.2025 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Missiya üzvlərinin sayı və tərkibi dəyişməyəcək

Avropa İttifaqının (Aİ) səfirləri Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının 2027-ci il fevralın 19-dək uzadılmasını müzakirə edəcəklər.

AYNA “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, son anda gözlənilməz bir şey baş verməsə, qərar təsdiqlənəcək.

Bununla belə, Missiya üzvlərinin sayı və tərkibi dəyişməyəcək.

Qeyd edək ki, hazırda Missiya 165 beynəlxalq və 44 yerli müşahidəçidən ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş