Bu gün Bakının bir neçə küçəsində su olmayacaq

Xəbərlər

17.10.2021 - 11:08

Bu, magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır

Bu gün Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə AYNA-ya “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, bu, magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.

Müəllif: Ayna.az