Bu gün Azərbaycanda Bilik Günüdür

Xəbərlər

15.09.2026 - 09:40

Yeni tədris ilində 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. AYNA.AZ xəbər verir ki, bu il ümumi təhsil müəssisələrində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Ümumi təhsil müəssisələrində 1,6 milyon, ali təhsildə 260 min, məktəbəqədər təhsil müəssisələrində 226 min, orta ixtisas təhsili müəssisələrində 64 min, peşə təhsilində isə 44 min nəfərin təhsil alacağı gözlənilir. Təqribən 124 min şagird I sinifdə təhsilə başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş