Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

13.03.2021 - 06:29

Koronavirus can almağa davam edir

 

Böyük Britaniyada son sutka ərzində 6609 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 248 286 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 175 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 125 343 nəfərə çatıb

Müəllif: Ayna.az