Koronavirus can almağa davam edir
Böyük Britaniyada son sutka ərzində 5765 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 511 669 nəfərə çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 13 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 836 nəfərə çatıb.