Britaniyada bir gündə 55 mindən çox yoluxma qeydə alınıb

Dünya

16.01.2021 - 03:56

Koronavirusa yoluxanların sayı durmadan artır 

 

Böyük Britaniyada son sutka ərzində 55 761 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, virus testi müsbət çıxan 1 280 nəfər isə ölüb.

 

Bundan əvvəl 48 682 nəfərdə infeksiya aşkarlanıb, 1 248 pasiyent isə dünyasını dəyişib.

 

Ümumilikdə ölkə üzrə 3,25 milyon nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 86 mindən çoxu vəfat edib.

Müəllif: Ayna.az