Böyük Britaniya iranlı alimin qətlindən narahatdır

Dünya

30.11.2020 - 08:46

Birləşmiş Krallıq bölgədəki gərginliyin azaldılmasına ümid etdiyini bildirib

 

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranın nüvə fizikası üzrə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsinə münasibət bildirib. AYNA-nın xarici mediaya istinadən bildirir ki, XİN hadisə ilə bağlı narahatlığını ifadə edib. Qeyd olunub ki, rəsmi London hadisə ilə bağlı tam məlumatların yayımlanmasını gözləyir.

 

XİN-in açıqlamasında vurğulanıb ki, Britaniya mülki insanlara qarşı hücumları qadağan edən beynəlxalq humanitar hüquqa sadiqdir. Birləşmiş Krallıq bölgədəki gərginliyin azaldılmasına ümid etdiyini bildirib.

 

Fəxrizadə İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Şöbəsinə rəhbərlik edib və ölkənin nüvə proqramının qurucularından biridir. O, 27 noyabrda Tehran yaxınlığında terror hücumunun qurbanı olub. Əvvəlcə bir kamikadze orada özünü partladıb, sonra alimin avtomobili atəşə tutulub.

 

Müəllif: Ayna.az