Müəllim son 5 ildə 20 min ədəd pulsuz kitab paylayıb
Türkiyənin Antalya şəhərində bir sinif müəllimi avtomobilini kitabxanaya çevirib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tuncer Günay adlı müəllim son 5 ildə 20 min ədəd pulsuz kitab paylayıb.
Avtomobilinin önünə ilkin tibbi yardım dəsti, arxasına isə “istək, şikayət və sorğu” qutusu yerləşdirən müəllim, maşının tavanına da çox sayda kitab yerləşdirib. Bununla yanaşı, o, kitabların rəfinə “cəhalətlə pulsuz mübarizə” də yazıb.
Ayna.az
Pin up casino Pin-up casino giriş