Bitkoin ilk dəfə 63 min dolları keçib

Dünya

13.04.2021 - 22:15

Kriptovalyuta günün ikinci yarısında 4,64 % bahalaşaraq 63,088 min ABŞ dollarına çatıb

 

Bitkoinin məzənnəsi bugünkü ticarət sessiyası zamanı iki dəfə böyük sıçrayış edib və sonda 63 min ABŞ dollar səviyyəsini keçib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu “CoinDesk” portalının məlumatları göstərir.

 

Günün birinci yarısında dəyəri 2,34 % artaraq hər vahidi 62,394 min dollara qədər bahalaşan kriptovalyuta günün ikinci yarısında daha 4,64 % bahalaşaraq 63,088 min ABŞ dollarına çatıb.

 

Beləliklə, kriptovalyutanın qiyməti tarixi maksimumunu yeniləyib.

Müəllif: Ayna.az