Birinci ixtisas qrupu üzrə plan yerləri azalıb

Xəbərlər

14.09.2020 - 17:10

Bu qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15 min 373 nəfərdir

 

Bu il birinci ixtisas qrupu üzrə plan yerləri ötən illə müqayisədə 1,96 faiz azalıb. AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

M.Abbaszadə qeyd edib ki, birinci qrupdakı yerlərin sayı 299-dur: “Bu il yeni ixtisaslar da var. Yaxud da keçən il olan bəzi ixtisaslar bu il siyahıda yoxdur. Birinci qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15 373 nəfər təşkil edir”.

Müəllif: Ayna.az