Birinci ixtisas qrupu üzrə BDU-ya qəbul üçün 1500 yer ayrılıb

Xəbərlər

25.08.2021 - 13:09

Keçən illə müqayisədə bu il 45 yer azdır

 

2021-2022-ci tədris ili üçün I ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinə (BDU) tələbə qəbulu üçün 1500 plan yeri ayrılıb. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd edilib ki, ötən tədris ili üçün qeyd edilən ixtisas qrupu üzrə BDU-da qəbul planı 1545 yer idi. Keçən illə müqayisədə bu il 45 yer azdır.

 

Müəllif: Ayna.az