Bir gündə 363 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Dünya

19.02.2021 - 07:47

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Dünyada COVID-19-a yoluxanların sayı 109, 59 milyon nəfəri ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 109 594 835 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 424 060 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 363 654 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 9 619 pasiyent təhlükəli infeksiyadan ölüb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar