Binəqədidəki yanğınla bağlı son vəziyyət - <font color=red> VİDEO</font>

Hadisə

05.07.2020 - 01:34

Həkimlər Klinikalar SEO Xidməti

Boya fabrikində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir

 

Bakının Binəqədi rayonunda yerləşən “Sobsan” boya fabrikində baş verən yanğın nəticəsində ölən və yaralananlar var.


AYNA xəbər verir ki, hadisə yerində olan şahidin sözlərinə görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Yanğının artıq evlərə keçdiyi söylənilir. İlkin ehtimala görə, qısaqapanmanın səbəb olduğu yanğın nəticəsində dünyasını dəyişənlərin də olduğu deyilir.

 

Bir nəfərin partlayış zamanı yerindəcə keçindiyi, 7-8 nəfərin isə yandığı bildirilir. Ərazidə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinə məxsus maşınlarının hərəkətində çətinlik olduğundan vəziyyət daha da qəlizləşib.

 

Hazırda FHN əməkdaşları yaxınlıqdakı binalardan sakinləri təxliyə edir. Yanğınsöndürmə briqadaları bir neçə yüz metrlikdə yerləşən hündürmərtəbəli binaların yüzlərlə tonluq su anbarlarını birbaşa yanğına yönəldiblər. 


Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

 

Hadisə şahidlərinin çəkib AYNA-ya göndərdiyi videonu təqdim edirik:

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş