Binəqədidə yanğın: 12 ağac məhv olub

Hadisə

05.05.2021 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

Üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü də əriyib

 

Bakının Binəqədi rayonunda 70 kvadratmetr sahədə taxta tullantıları və 12 ədəd ağac yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

Qeyd edilib ki, yüksək temperaturdan yaxınlıqda olan üçmərtəbəli fərdi yaşayış evinin lambirindən ibarət divar üzlüyü 3 kvadratmetr sahədə əriyib.

 

Ev və yaxınlıqda olan digər ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş