Bill Qeyts süni intellektlə bağlı narahatdır

Maraqlı

26.08.2026 - 23:08

“Microsoft”un təsisçisi süni intellektin faydadan daha çox zərər verə biləcəyindən qorxur

“Microsoft”un təsisçisi, amerikalı xeyriyyəçi Bill Qeyts süni intellekt (Sİ) texnologiyasının xüsusən də uşaqların rifahı, təhlükəsizlik və məşğulluq sahələrində faydadan daha çox zərər verə biləcəyindən qorxur. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, milyarder bu barədə yeni essesində qeyd edib.

Qeyts xəbərdarlıq edir ki, Sİ milli təhlükəsizliyə, eləcə də məşğulluğa, təhsilə, vergiyə, enerjiyə, seçkilərə, hava və suyun keyfiyyətinə, səhiyyəyə, maliyyə sisteminə, hüquq-mühafizə orqanlarına və nəqliyyata təsir edəcək.

"Mən xüsusilə gənclərin əmək bazarına daha az başlanğıc səviyyəli işlərlə daxil olmasından narahatam. İşçilər üçün ən böyük dəyişikliklər Sİ demək olar ki, səhvsiz olduqda baş verəcək. Bu zaman o, insan müdaxiləsi olmadan müstəqil şəkildə fəaliyyət göstərə biləcək və şirkətlərin buna imkan vermək üçün hər cür iqtisadi stimulu olacaq", Qeyts vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş