“Ardıcıl olaraq üç gündür ki, qatarlarda sərnişin sıxlığı müşahidə edilir deyə, gecikmələrin də sayı çox olur”
Son günlər Bakı metrosunda mütəmadi olaraq qatarların gecikməsi, sərnişin sıxlığı halları yaşanır. Bu gün səhər də eyni vəziyyət müşahidə olunub. Qatarlar arasında uzun interval yaranıb, üstəlik sərnişin sıxlığı narazılıqlara yol açıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AYNA-ya açıqlamasında deyib ki, son 3 gündə belə problem yaşanır: “Ardıcıl olaraq üç gündür ki, qatarlarda sərnişin sıxlığı müşahidə edilir deyə, gecikmələrin də sayı çox olur. Yəni səbəb sadəcə sərnişin sıxlığı ilə bağlıdır. Qatarlarda və stansiyalarda hər hansı bir problem yoxdur. Problem olanda isə özümüz dərhal ictimailəşdirməyə çalışırıq ki, sərnişinlər təşvişə düşməsinlər”.
Mərahim Nəsib
Pin up casino Pin-up casino giriş