Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Xəbərlər

16.09.2026 - 23:08

Qəbulda iştirak etmiş 33 nəfər vətəndaşın müraciətinin həlli üçün müvafiq göstərişlər verilib

Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak etmiş 33 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş