Baş Nazirin oğlu qalmaqal qoparıb: “Ölən sizdən olacaq”

Dünya

17.04.2020 - 12:32

cedabet dərman SEO Xidməti

Benyamin Netanyahunun oğlunun müxalifətin aksiyasına reaksiyası hay-küyə səbəb olub

 

İsraildə sosialist Meretz Partiyası paytaxt Təl-Əvivdə Baş Nazir Benyamin Netanyahu əleyhinə etiraz aksiyası təşkil edib. AYNA xəbər verir ki, partiya sədri Nitzan Horovits “Twitter” hesabında “Korrupsiyaya qarşı mübarizə” başlığı ilə aksiyadan şəkil paylaşıb.

 

Lakin Netanyahunun oğlu Yair Netanyahunun Horovitzin paylaşımına yazdığı şərh böyük qalmaqala səbəb olub. Belə ki, hökumət başçısının oğlu müxalifətin koronavirusa rəğmən kütləvi aksiya keçirməsini təniqd edib: “Ümid edirəm ki, etiraz nəticəsində ölənlər yalnız sizdən olacaq”.

 

Lakin sosial media istifadəçilərinin sərt reaksiyasından sonra gənc Netanyahu rəyini silmək məcburiyyətində qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş