Ölənlərdən ikisi ana və oğludur: iki nəfər xəsarət alıb
Balakəndə baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, "Toyota" markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası - 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.
Qəzada xəsarət alan iki nəfərin isə "Toyota"da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və "Hyundai"da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.
Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.