Bakıda torpaqların “əl yandıran” qiymətləri - <font color=red> VİDEO</font>

Cəmiyyət

31.03.2021 - 18:12

Həkimlər Klinikalar SEO Xidməti

Badamdar qəsəbəsində qiymətlər sözün əsl mənasında kəllə-çarxdır

 

Bakıda satışa qoyulan torpaq demək olar ki, yox vəziyyətindədir. AYNA “Baku” TV-yə istinadən bildirir ki, paytaxta daha yaxın Badamdar qəsəbəsində qiymətlər sözün əsl mənasında kəllə-çarxdır. Bu isə həmin ərazidə boş torpağın tükənməsi ilə əlaqədardır.

 

Hazırda torpaq bazarında 1 sota görə qiymətlər ərazisinə və şəraitinə görə dəyişir. Ən çox torpaq alış-satışı Abşeron rayonu Masazır qəsəbəsindədir.

 

Əhali daha çox ucuz, yəni sotu 10 min manata qədər olan torpağı almağa üstünlük verir.

 

Ümumi qiymətlər isə belədir:

 

Abşeron rayonu:

 

Novxanı qəsəbəsi – 1 sotu 11 min manatdan yuxarı

 

Saray qəsəbəsi – 1 sotu 7-12 min manat arası

 

Hökməli qəsəbəsi – 1 sotu 5-7 min manat arası

 

Binəqədi rayonu:

 

Biləcəri qəsəbəsi - 1 sotu 10-15 min manat arası

 

Rəsulzadə qəsəbəsi – 1 sotu 50 min AZN-dən yuxarı

 

Xocasən qəsəbəsi – 1 sotu 8-12 min manat arası

 

Sulutəpə - 1 sotu 2-4 min manat arası

 

Xəzər rayonu:

 

Mərdəkan qəsəbəsi – 1 sotu 3-15 min manat arası

 

Şüvəlan qəsəbəsi – 1 sotu 6-15 min manat arası

 

Buzovna qəsəbəsi – 1 sotu 10 min manatdan yuxarı

 

Ekspertlər əhalini torpaq alarkən diqqətli olmağa çağırırlar. Tikinti zamanı hər hansı bir çətinliyin olmaması üçün daha çox torpağın tikintiyə yararlı və çıxarışlı olması vacibdir. Neftlə çirklənmiş ərazilərdən və yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən torpaq sahələrini almaq tövsiyə olunmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş