Paytaxtın 5 küçəsində sıxlıq müşahidə edilir
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.