Bakıda restoranda yanğın olub

Hadisə

14.07.2021 - 08:48

Restoranın qalan hissəsi yanğından mühafizə olunub

 

Bakıda restoranda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 72 m² olan restoranın mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

 

Yanğın zamanı hər birinin tutumu 25 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə köçürülüb.

 

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Müəllif: Ayna.az