Bakıda psixoloji xidmət mərkəzindən oğurluq edilib

Hadisə

27.05.2021 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Oğurluğu törədən şəxslər saxlanılıblar

 

Bakıda psixoloji xidmət mərkəzində oğurluq edən şəxslər tutulublar. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, mayın 23-də rayon ərazisindəki psixoloji xidmət mərkəzindən 5300 manat dəyərində “iPad”, fotoaparat və 8 noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş