Yanğının kəşfiyyatı zamanı köşkün içərisində qadın meyiti aşkar olunub
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 15 m² olan dəmir köşkün içərisində ev əşyaları, bitişik, ümumi sahəsi 10 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi yanıb.
Yanğının kəşfiyyatı zamanı köşkün içərisində, 1968-ci il təvəllüdlü Cəfərova Dilarə Nəbi qızının meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.