Bakıda gənc oğlanı avtomobil vurub

Xəbərlər

06.11.2021 - 23:27

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın "Report"a məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Cavadov Əmrah Abdul oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Ə.Cavadovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ayna.az