Bakıda əcnəbi turistə görmədiyi günləri yaşatdıq – <font color=red> Halal olmasın bizə</font>

Cəmiyyət

07.02.2020 - 16:16

Mehoob Alem Bahatti: “Çox ölkələrdə olmuşam, belə hallarla qarşılaşmamışam”

 

“Bakını görmək üçün həvəslə gəlmişdim, amma təəssüf hissi ilə qayıdıram”. Bu sözləri əcnəbi turistdən eşidəndə, azərbaycanlı kimi xəcalət hissimi ifadə etməyə heç ana dilimiz də köməyə çatmadı.

 

Yaşlı turistlə təsadüfən nahar yeməyinə getdiyimiz restoranda tanış oldum. Tanınmış restoranlardan birində nahar üçün əyləşən kişi ofisiantlarla heç cür dil tapa bilmirdi. Ona görə ki, ingilis dilində dindirəcəyi adam yox idi. Primitiv şəkildə anlaşıb sifarişini verdi. Biz də həmkarlarımla bizə yaxın masada oturmuş turusti müşahidə edirdik.

 

Deməli, uzun müddət sifariş etdiyi yeməyə qovuşan turistin ingiliscəsi yaxşı deyildi, amma çox qıvraq, diribaş olduğu bilinirdi. Sifarişinin hesabını ödədi, amma ofisiantlar onu yenə bir xeyli gözlətdilər. Deyəsən, onlar əcnəbidir deyə, kişinin pulunun qalığını qaytarmaq istəmirdilər. Elə bu anda turist biz tərəfə müraciət etdi, elə bil, kişi dərdləşməyə adam axtarırdı. Maraqlı söhbətimiz alındı.

 

Əvvəl qeyd edim ki, Mehoob Alem Bahatti 82 (60 yaş vermək olardı) yaşındadır. Vaxtilə boksla məşğul olub, indi də idmanın “daşını atmayıb”, sağlam həyat tərzi keçirir. Milliyyətcə pakistanlıdır, 1954-cü ildə münaqişə ocaqlarında olan Pakitsandan başını götürüb ABŞ-a qaçıb. Əvvəlcə qaçqın statusu alıb, sonra isə amerikalı bir xanımla evlənib, qadın İslam dinini qəbul edib. İki qızı və iki oğlu var, uşaqları Londonda yaşayır, nüfuzlu yerlərdə işləyirlər. Özü isə, dediyi kimi, maraqlı gələn ölkələrə səyahət etməyi xoşlayır. Bakıya da bu maraqla gəlibmiş.

Raminə Eyvazqızı