Bakıda çimərlikdə avtomobil yanıb

Hadisə

16.08.2020 - 18:08

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın zamanı xəsarət alan olmayıb

 

Bakıda hərəkətsiz halda olan avtomobil yanıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə  qeydə alınıb.

 

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş