Bakıda bu məktəb distant tədrisə keçib

Aktual

19.10.2021 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

245 nömrəli orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19-a yoluxması təsdiq olunub

Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 245 nömrəli tam orta məktəbin 12 müəllimi və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş