Bakıda bir ailənin üç üzvü bıçaqlanıb

Hadisə

07.06.2021 - 15:09

Cinayəti törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini saxlanılıb

 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girən şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif: Ayna.az