Bakıda beşmərtəbəli yataqxanada yanğın olub

Hadisə

22.07.2021 - 13:47

Mənzillərdən 10 nəfər bina sakini təxliyə olunub

 

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. İlkin məlumata əsasən, beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 m² olan 1 otaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Xəsarət alan olmayıb.

Müəllif: Ayna.az