Bakıda 78 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Xəbərlər

21.08.2026 - 12:39

Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri aparılır

Bakının Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutun hərəkəti Murad Nağıyev, Muxtar Fətəliyev və Əşrəf Yunusov küçələri ilə təşkil edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş