Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Xəbərlər

20.10.2026 - 19:16

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 24-də və 25-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən AYNA.AZ-a bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.

Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş