Bakı-Sumqayıt yolunda hərəkət bərpa olunub

Xəbərlər

10.12.2019 - 13:09

Həkimlər Klinikalar SEO Xidməti

“Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür"

 

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti artıq bərpa olunub.

 

AYNA-nın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, üzü şəhər istiqamətinə qismən daha intensiv hərəkət olsa da, Bakıdan Sumqayıta olan hissədə avtomobillərin hərəkətində nisbi məhdudiyyət davam edir. Sıxlıq var, avtomobillər aşağı sürətlə hərəkət edir. 

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul Xidmətinin, eləcə də digər əlaqəli qurumların hadisə ilə bağlı səfərbər olunduğunu qeyd edib.

 

“Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”, - deyə DYP rəsmisi vurğulayıb.   

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşdırılmışdı. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş