Bakı-Sumqayıt yolu tamamilə bağlandı

Hadisə

10.12.2019 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərə həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur

 

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir.

 

Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

 

Qeyd edək 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə yanğınla bağlı çağırış daxil olub. Hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında qeydə alınıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş