Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Xəbərlər

09.09.2026 - 11:21

Qəbul prosesi “myGov” portalı vasitəsilə elektron formada həyata keçirilir

10 sentyabr 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. AYNA.AZ xəbər verir ki, qəbul prosesi “myGov” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş