Azərbaycandan keçməklə Rusiyadan Ermənistana buğda göndərilib

Xəbərlər

19.08.2026 - 21:13

Çəkisi 1820 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb

Bu gün 26 vaqondan ibarət, çəkisi 1820 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

AYNA.AZ xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş