Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri bəlli olub

İqtisadiyyat

15.09.2026 - 21:53

yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17 milyon 602,76 min dollar dəyərində mal ixrac olunub

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17 milyon 602,76 min dollar dəyərində mal ixrac olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilib.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08 faizini təşkil edib.

Cari ilin mart ayında isə Azərbaycan Ermənistandan ilk dəfə 960 dollar dəyərində mal idxal edib. Ötən ay Ermənistandan idxal olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş