Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub

Xəbərlər

05.09.2026 - 15:13

16 vaqondan ibarət dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

AYNA.AZ xəbər verir ki, 16 vaqondan ibarət, çəkisi 977 ton olan dizel yanacağı bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş