Əziz Musa dünyasını dəyişib
Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb. Qeyd olunub ki, şair koronavirusdan dünyasını dəyişib.
“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru olan şair həm də Qarabağ müharibəsi veteranı olub.
Allah rəhmət eləsin.