Azərbaycanda məktəblər bağlanır? – RƏSMİ AÇIQLAMA

Aktual

19.10.2021 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacaq

Təhsil Nazirliyi koronavirusa yoluxma hallarının artmasına görə məktəblərin bağlanacağı və tədrisin distant formada davam etdiriləcəyi barədə məlumatlara aydınlıq gətirib.

AYNA-nın xəbərinə görə, nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda sentyabrın 22-dən aşağı siniflərdə (I-IV), sentyabrın 29-dan isə yuxarı siniflərdə (V-XI) əyani tədris bərpa olunub.

Son günlər koronavirusa yoluxma səbəbindən Bakıdakı 20 nömrəli məktəb-lisey, 245 nömrəli tam orta məktəb, “Ankara məktəbi” məktəb-lisey bağlanıb, bir neçə təhsil müəssisəsində 200-dən çox sinif 14 gün müddətinə distant təhsilə keçib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş