Azərbaycanda mədəniyyət evinin müdiri əxlaqsızlığa görə həbs edilib

Hadisə

26.03.2021 - 12:09

Həkimlər Klinikalar SEO Xidməti

O, 13 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir

 

Ucarda mədəniyyət evinin müdiri həbs edilib. AYNA-nın "Report"a istinadən xəbərinə görə, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

 

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

 

Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş