Azərbaycanda iki general ehtiyata buraxılıb

Xəbərlər

18.08.2021 - 13:47

Azad Ələkbərov və İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaşıblar

 

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin iki müavini ehtiyata buraxılıb. AYNA xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

 

Bildirilib ki, bu gün DSX-nin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim çərçivəsində DSX rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov DSX-nin döyüş bayrağı ilə vidalaşıblar.

Müəllif: Ayna.az