Azərbaycanda daha bir kəndin adı dəyişdirilir

Xəbərlər

11.12.2020 - 17:38

Şamaxı rayonunun Saqiyan kəndi Günəşli adlandırılacaq

 

Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması təklif olunur.

 

AYNA-nın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan  kəndinin Günəşli kəndi adlandırılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə edilmiş “Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələri Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 14-də keçiriləcək onlayn iclasının gündəliyinə daxil edilib.

Müəllif: Ayna.az